"Teymur Mustafayev koronavirusdan ölməyib" - Ailəsindən açıqlama
- 12-06-2020, 13:51
- 1 428
Xalq artistinin nəvəsi Orxan Həsənli babasının koronovirusdan yox, şəkər xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb:
"Mən Teymur Mustafayevin nəvəsiyəm. Babamın koronovirusdan öldüyü yalan məlumatdır. Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlara inanmayın”.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.
T.Mustafayev bu gün doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında – həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.(musavat.com)