Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 900 min manat ayrılıb - SƏRƏNCAM
- 12-06-2020, 12:39
- 1 085
Sərəncama əsasən, Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)–Şahnəzərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 900 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.