Bakı-Sumqayıt elektrik qatarları iki gün işləməyəcək

Sosial

Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq.