Azərbaycanlıların Həccə xərclədiyi fantastik pul - 4 milyona yaxın
- 19-04-2017, 17:26
- 55 708
Bu məqamda 600 nəfərin Həcc ziyarətinə ümumilikdə ödədiyi məbləği araşdırdıq. Bu günün məzənnəsinə uyğun olaraq, 1nəfərin Həcc ziyarəti xərci 6553 manatdır. 600 nəfər üçün isə bu rəqəm birlikdə 3 milyon 931 min manat vəsait təşkil edir.
Bu arada qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətindən əldə etdiyi gəlirlərin miqdarını ictimaiyyətə açıqlamır. Bu səbəbdən 4 milyona yaxın vəsaitin neçə faizinin QMİ-nin gəlirləri hesab olunduğunu müəyyən etmək mümkün deyil.
Bu arada bildirək ki, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər üçün əlavə ödəniş nəzərdə tutulmayıb.
QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib ki, kvota tam dolsa da, əlavə getmək istəyənlər ehtiyat kimi yığılır: “Bu məsələyə may ayında baxılacaq. Əgər Səudiyyə Ərəbistanı kvotadan artıq şəxslərin ziyarətə getməsinə şərait yaradarsa, bu, reallaşa bilər”.
Qafqazinfo