SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tanınmış jurnalist: “Pandemiya dövründə polisdən təsəvvür etmədiyimiz nəzakətlik gördük”

Tanınmış jurnalist: “Pandemiya dövründə polisdən təsəvvür etmədiyimiz nəzakətlik gördük”

Tarix:

8-06-2020, 15:24

/ 1 004 dəfə oxundu.
Tanınmış jurnalist: “Pandemiya dövründə polisdən təsəvvür etmədiyimiz nəzakətlik gördük”

Bəli, əsəblər gərgindir, lokdaun haqda ayrıca söhbət etmək olar və əlbəttə ki, edəcəyik, amma polisin üstünə zibil atmasına heç cür bəraət qazandırmaq mümkün deyil.
Pandemiya başlayandan biz polis tərəfindən hətta təsəvvür etmədiyimiz nəzakətlik, hörmətçil münasibət gördük, ciddi intizamın şahidi olduq, bəlkə belə deyil?
Bütövlükdə varmı polisin işində qüsurlar? Sözsüz. Lazımdırmi bu haqda danışmaq? Əlbəttə.
Amma indi yox. İndiki şəraitdə polisin üzərinə misilsiz bir yük düşüb, inandırıram sizi, bir balaca boşluğa yol versələr, aləm dəyər biri birinə.

Odur ki, ilk öncə bunu nəzərə alaq ki, qərar verən polis deyil, polis icraçıdır.

Lokdaun, karantin, qadağalar, çətinləşən maddi durum, 190 manat məsələsi və s. - bunlardan narazılığı polisin üstünə atmaq ədalətsizlikdir, budur mənim mövqeyim...

Azər Qəribov

Şərhlər

XƏBƏR LENTİ