"ASAN xidmət” mərkəzləri sabah bu saatadək işləyəcək
- 4-06-2020, 17:09
- 1 048
Bakı şəhərindəki bütün “ASAN xidmət” və “ASAN Kommunal”, həmçinin Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti 5 iyun saat 14:00-dan 8 iyun 2020-ci il saat 09.00-dək dayandırılır.
Qeyd olunan tarixlərdə hazır sənədlərin götürülməsi üçün mərkəzlərə müraciət etməli olan vətəndaşlar növbəti iş günlərində müvafiq xidmətlərdən yararlana bilərlər.
Xatırladaq ki, aprelin 27-dən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.