Səhiyyə sahəsində daha bir QADAĞA

Sosial

Azərbaycanda ksenotransplantasiya qadağan edilib.

Bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.

Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.