Şəxsi və ictimai nəqliyyatdan istifadə etmək mümkün olmayacaq

Sosial

"Küçəyə çıxmanın qadağan olduğu günlərdə şəxsi və ictimai nəqliyyatdan istifadə mümkün olmayacaq"

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, yalnız zəruri sahələrdə çalışan şəxslərlə bağlı istisnalar ola bilər. Bununla bağlı sabah ətraflı məlumat veriləcək.