Ailəsində koronaviruslu xəstə olan şəxslər qəbul imtahanlarına buraxılmayacaq
- 1-06-2020, 12:19
- 835
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O qeyd edib ki, şagird və valideynlər ailələrində koronavirus xəstəsinin olmadığı, imtahandan əvvəlki 15 gündə bu cür xəstələrlə təmasda olmadıqlarını açıq formada bəyan etməlidirlər: “Xəstəliyi olan şəxslər qəbul imtahanına buraxılmayacaq. Buraxılış imtahanında iştirak edə bilməyənlər isə sentyabrda yenidən keçiriləcək imtahanlarda iştirak edə bilərlər”.