Baş prokurorun yeni müavinləri kollektivə təqdim olundu, keçmiş müavinlər mərasimdə iştirak etdi
- 22-05-2020, 12:30
- 1 121
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə prokurorluq orqanlarına göstərdiyi gündəlik diqqət və qayğıya görə təşəkkürünü bildirərək prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüstəm Usubov və Namiq Əsgərova “Əməkdar hüquqşünas” fəxri adının verilməsinin dövlət başçısı tərəfindən Azərbaycan Prokurorluğuna verilən yüksək qiymətin göstəricisi olduğunu xüsusi vurğulamaqla yeni təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Rüstəm Usubov və Namiq Əsgərov fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edib, xidmət illəri ərzində xalqa və dövlətə sədaqət prinsiplərini rəhbər tutduqlarını, vətənpərvərlik və peşəkarlıq irsinin daim uca tutulduğu prokurorluq orqanlarında xidmət etməkdən şərəf duyduqlarıbı bildiriblər.
Göstərilən yüksək etimada görə Elçin Məmmədov, Elmar Camalov, və Nazim Rəcəbov dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək fəaliyyətlərində şəffaflıq və dürüstlük prinsiplərinin daim uca tutacaqlarını diqqətə çatdırıblar.