Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxub - "...koronavirusla zarafat etməyin"
- 22-05-2020, 10:44
- 867
İdman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
O şəxsi feysbuk hesabında yazıb ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir:
"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".