AMEA-nın saytı Ramiz Mehdiyevi qəbul etmir - FOTOFAKT
- 20-05-2020, 13:27
- 1 524
KONKRET.az-a daxil olan məlumata görə, AMEA-nın saytında MEK-in eks-direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova direktor kimi göstərilib.
Xatırladaq ki, martın 4-də Leyla İmanova MEK-in direktoru vəzifəsindən azad edilib. Martın 6-dan isə kitabxananın direktoru Sevil Zülfüqarovadır.
Qeyd edək ki, L.İmanova AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, sabiq deputat Nazim İmanovun həyat yoldaşı, mərhum akademik Bəkir Nəbiyevin qızıdır.