Ağciyər Xəstəlikləri İnstitutunda dəhşətli görüntü –FOTO

Sosial

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda karantin rejimi qaydalarını pozaraq, keçirilən tədbirlə əlaqədar aparılan araşdırma yekunlaşıb”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı institutun direktoruna xəbərdarlıq edilib:
“Həkimlər arasında kütləvi tədbirin keçirilməsi barədə məlumat əsasında araşdırma aparıldı. Nəticədə, institutun direktoru Həqiqət Qədirovadan izahat alınıb. Ona ciddi xəbərdarlıq edilib. Bir daha belə nöqsanlara yol verilməməsi tapşırılıb”.oxu.az