Həbs edilən icra başçılarını bunlar əvəzlədi

Sosial

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli və Biləsuvar rayon İcra Hakimiyyəti başçılarının səlahiyyətləri birinci müavinlərinə həvalə edilib.

Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin tapşırığı ilə, bu vəzifə İmişli rayon icra başçısının birinci müavini Səfa Ağayеv və Biləsuvar rayon icra başçısının birinci müavini Xanlar Məmmədova tapşırılıb.