Prezident Adminstrasiyasının rəhbəri yeni baş prokuroru kollektivə təqdim etdi
- 1-05-2020, 20:20
- 1 197
Təqdimat zamanı çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına xüsusi diqqət və qayğısı, Kamran Əliyevin prokurorluq orqanlarındakı peşə fəaliyyəti barədə danışıb, Zakir Qaralovun prokurorluq orqanlarına rəhbərlik etdiyi dövrdə görülmüş işləri yüksək qiymətləndirib.
Çıxışda prokurorluq orqanlarının ölkənin hüquq sistemində mühüm yeri qeyd edilməklə dövlət başçısı tərəfindən prokurorluq orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı məsləhət və tövsiyələr kollektivin diqqətinə çatdırılıb.