Restoran, kafe və çay evlərinin fəaliyyəti bərpa edilir - BU TARİXDƏN
- 1-05-2020, 17:05
- 1 245
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla).