“Araz” Supermarketlərdə Müdafiə Nazirliyinə məxsus məhsullar satılır – FOTOLAR
- 28-04-2020, 19:35
- 1 401
“Araz” supermarketindən alınan “Ətli ağ lobya”nın qabı üzərində “MN-ə məxsusdur, satışı qadağandır” qeydi aşkar olunub.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Müdafiə Nazirliyinin mətbuat xidmətinin Vaqif Dərgahlı həmin məhsulun quruma aidiyyatının olmadığını bildirib:
“Üzərində Azərbaycan və gürcü dillərində yazılar olan o məhsul bizim deyil. Biz elə məhsul almırıq. Həmin məhsulların şəkillərini görmüşük”.
Müdafiə Nazirliyi haqqında danışılan məhsulun onlara aid olmadığını bəyan etsə də, qabın üzərindəki yazıda sifarişçi kimi məhz o qurumun adı göstərilib.
Mövzunu davam etdirəcəyik.