SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Bazarstore”də qiymət maxinasiyası ifşa edildi: - 'SOSİAL XƏYANƏT'İN VİDEOSU

"Bazarstore”də qiymət maxinasiyası ifşa edildi: - 'SOSİAL XƏYANƏT'İN VİDEOSU

Tarix:

27-04-2020, 11:54

/ 1 302 dəfə oxundu.
"Bazarstore”də qiymət maxinasiyası ifşa edildi: - 'SOSİAL XƏYANƏT'İN VİDEOSU

Koronovirus (COVID-19) pandemiyası dönəmində Azərbaycan unikal model ortaya qoyaraq dünya üçün nümunə olmağı bacardı. Belə bir həssas dönəmdə sahibkarlar, bəzi özəl qurumlar da öz fəaliyyət proqramlarında dəyişikliklər edərək, sosial sahəyə daha çox önəm verməyə başladılar.
Lakin bəzi özəl qurumlar bu siyasəti nəinki dəstəkləmədilər, hətta fürsət düşən kimi insanları aldatmağa çalışırlar.
TV7.az-a göndərilən videodan da aydın olur ki, "Bazarstore" sözün əsl mənasında həssas dönəmdən öz maraaları naminə istifadə edir. Aydın məsələdir ki, insanlar bayıra vaxtla çıxırlar, yaxın məsafə saxlamırlar və maksimum surətli şəkildə alış-veriş etməyə çalışırlar. "Bazarstore" isə bu faktoru nəzərə alıb vitrində bir, kassada başqa bir qiymət qoymaqla əslində ciddi vergi cinayətinə əl atmış olur. Sözügedən videonu təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ