Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd edilib
- 25-04-2020, 18:41
- 997
Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakı şəhərində anadan olub. O, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş, dəfələrlə düşmənin zirekli tanklarını və digər qüvvələrini məhv etmişdir.
Ermənilər tərəfindən A.Aqarunovun başına külli miqdarda pul qoyulmuşdur. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
2019-cu ildə Nərimanov Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Milli Qəhrəmanın 50 illik yubileyi münasibəti ilə rayon ərazisində adını daşıdığı küçədə heykəli qoyulmuşdur. Eləcə də, 2019-cu ildə Rayon Gənclər və İdman İdarəsi tərəfindən Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş sambo idman növü üzrə turnir keçirilmişdir.