Azərbaycanda 30 nəfər koronavirusa tutuldu - 41 nəfər sağaldı
- 23-04-2020, 16:56
- 885
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 948 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 580 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.