Azərbaycanda məhkəmə proseslərinin əksəriyyəti mayın 4-dək təxirə salınıb
- 23-04-2020, 14:07
- 644
Məhkəmədən verilən məlumata görə, 4 may 2020-ci il tarixinədək Azərbaycanın bütün məhkəmələrinə tövsiyə edilib ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın.