Hava xəbərdarlığı: Yağış, qar, şimşək...
- 22-04-2020, 17:47
- 935
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 25-i gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, aprelin 23-də ayrı-ayrı yerlərdə 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.