"2020-ci il də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacaq"
- 14-04-2020, 17:31
- 857
Dövlət başçısı bu barədə aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində sədrliyi ilə keçirilən müşavirədə bildirib.
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlət başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib.
İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını deyib, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.