8103-ə göndərilən 65 min icazə ləğv edildi - RƏSMİ
- 13-04-2020, 16:13
- 1 345
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
Onun sözlərinə görə, bu günə kimi 46 360-dan çox təşkilat tərəfindən 755 min icazə daxil edilib və aktiv icazə sayı 680 mindir.
F.Cəfərov vurğulayıb ki, bu günə kimi karantin rejimi qaydalarına zidd olan 65 min icazə icazə-e-gov.az portalından ləğv edilib.
Qeyd edək ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələrin portaldan avtomatik rejimdə ləğv edilməsinə başlanılıb.