"Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
- 8-04-2020, 12:46
- 851
Bildirək ki, abunəçilər "Nar"ın sərfəli şərtlərlə təqdim etdiyi müxtəlif internet paketləri ilə indi daha çox ünsiyyətdə olurlar. Belə ki, əvvəlki dövrlə müqayisədə karantin müddətində "Nar" şəbəkəsində internetdən istifadənin həcmi 20% artıb.
Hazırda “Nar”ın 4G və 4/4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. Operator ötən il ərzində 4G/4.5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub..
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2.3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.