"Araz" supermarketində ENDİRİM FIRILDAĞI - FAKT
- 4-04-2020, 18:16
- 2 031
Musavat.com xəbər verir ki, bu cür halları sübut edən videogörntülər artıq alıcılar tərəfindən lentə alınıb.
Endirim fırıldağı bir sıra supermarketlərdə, o cümlədən "Araz" supermarketində müşahidə edilib.
Belə ki, "Araz" supermarketdə müştərilərə təklif edilən çayın qiyməti 3 manat 89 qəpik olaraq göstərilir. Endirimlə isə çayın qiymətinin 2 manat 75 qəpik olduğu yazılır. Lakin çayın üzərində olan qiymətin altında olan daha əvvəlki qiymət bu yalanı üzə çıxarır. Məlum olur ki, vitrindəki çayın qiyməti daha əvvəl də 2 manat 75 qəpik olub.
Təqdim etdiyimiz görüntülərdən aydın olur ki, mağaza qiymətləri süni şəkildə qaldıraraq daha sonra əvvəlki qiymətə satışa çıxarır. Bunu isə alıcılara endirim kimi təqdim edilir.
https://musavat.com/mobile/news/bakida-marketlerde-endirim-firildagi-videofakt_690978.html (Video burada)