Azərbaycanda klinikanın 10 işçisində koronavirus AŞKARLANDI

Sosial

1 saylı Kliniki Tibbi Mərkəzdə çalışan 10 işçidə koronavirus aşkarlanıb.

Məlumatı Mərkəzdən “oxu.az”a təsdiq ediblər.
Bildirilib ki, koronavirus testinin nəticələri müsbət çıxan 10 nəfərin tibb müəssisələrində müalicələrinə başlanılıb:
“Klinikanın 10 əməkdaşında koronavirus aşkarlanıb. Onlar arasında tibb bacıları, laborant və xadimələr var. Hazırda onlar müvafiq tibb müəssisələrinə yerləşdiriliblər”.