Fəal Yaşlanma layihəsi koronavirus təhlükəsi ilə bağlı #evdəqal kampaniyasına qoşulur
- 31-03-2020, 17:05
- 1 111
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan layihə yaşlıların rifah halının yaxşılaşdırılması, fəal və sağlam həyat tərzi keçirmələrinin təmin edilməsi, fəal yaşlanmanın təbliği məqsədilə aparılan dövlət siyasətinə dəstək məqsədi daşıyır.
“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində “Üçüncü Bahar” İctimai Birliyinin dəstəyi ilə layihənin hədəf qrupunu təşkil edən yaşlı və ahıl şəxslər üçün müxtəlif mövzularda onlayn məşğələ və vebinarların keçirilməsi nəzərdə tutulur. Həmçinin sosial təcrid şəraitində yaşlıların asudə vaxtının səmərəli təşkili üçün həmyaşıdları ilə onlayn birgə müzakirələrin aparılması, eləcə də onların iştirakı ilə bir sıra silsilə həvəsləndirici videoçarxların və tövsiyə xarakterli animasiya çarxlarının çəkilərək sosial şəbəkələrdə yayımlanması planlaşdırılır.