XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM

Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM

Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
31-03-2020, 16:47

Prezident İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qanuna dəyişikliklə Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılır.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli 1866 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 fevral tarixli 1866 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilir:

1. Adında “30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və” sözləri “mayın 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və aprelin 1-dən 30-dək” sözləri ilə əvəz edilsin.

2. 1-ci hissədə “çağırış gününədək” sözləri “2020-ci il aprelin 30-dək” sözləri ilə, “30-dək” sözləri “mayın 31-dək” sözləri ilə əvəz edilsin.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.