Baş Prokurorluq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 857 min manat vəsait köçürüb
- 23-03-2020, 17:27
- 953
Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, sosial həmrəylik nümayiş etdirən Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanları işçilərinin könüllü istəyi ilə aylıq vəzifə maaşlarının 50 faizini təşkil edən həmin vəsaitin ianə verilməsi dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq həyata keçirilmişdir.