Leyla Əliyevanın dəstəyi ilə Azərbaycanlı tələbələr Rusiyadan vətənə gətiriliblər
- 19-03-2020, 20:37
- 967
Bu mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrimizin müraciətlərini nəzərə alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla xanım Əliyevanın tapşırığı ilə təşkilat Rusiyada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana qayıtmasını təmin edib.
Ötən gecə vətənə qayıdan tələbələrin səhhətlərində heç bir problem aşkarlanmayıb.
Xarici ölkələrdə təhsil alan digər tələbələrin məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, karantin qaydalarına riayət etmələri, təxliyyə zərurəti yarandığı halda təcili olaraq həmin ölkələrdəki səfirliklərimizə və digər aidiyyəti olan təşkilatlara məlumat vermələri tövsiyə olunur.