"Rahat" marketdən dövlətin qanunlarına sabotaj - Müştərilərə dezinfeksiya məhlulu əvəzinə su verirlər....
- 19-03-2020, 07:42
- 1 469
Üzü Xırdalan dairəsinə gedəndə sağda Rahat market var, bu gün girmişəm həmin marketə.
Girişdə bir xanım qarşılayırdı müştəriləri. Təbəssümlə xoş gəlmisiniz deyib, hamının əllərinə maye səpirdi. Mən də əlimi tutdum, mayeni əllərimə fısqırtdı. Mən əllərimi bir-birinə sürtdüm və içəri keçmək istədim. Birdən mənə maraq gəldi və əllərimi burnuma tutdum, gördüm heç nə iylənmədi. Dönüb xanımdan sorüşdüm ki, bu nəydi belə? Xanım qayıtdı ki, - müəllim, spirtdir də. Dedim heç spirt iylənmədi axı. Qiz daha dillənmədi, üzünü növbəti müştəriyə çevirdi. Qayıdıb xanımdan əlindəki qabı açmağı tələb etdim və hamının gözü qarşısinda qabın ağızını açdırdım. Qabda nə olsa yaxşıdı? SU!
Starşını çağırtdırdım, xanımı danladılar, bununla da güya günahlarını spirtlə deyil, su ilə yudular.
Bax belə "işbazlar" xalqı dolayırlar.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az