Prezidentin göstərişi ilə İƏT-ə 100 min yardım edildi
- 6-03-2020, 17:23
- 953
XİN-dən daxil olan məlumata görə, yardım Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İƏT-in üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, təşkilatın Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə edilib.
Qeyd edək ki, İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu il tarixlərində Əbu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 may tarixində Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub.