"8 aydır işləyirik, nə müqaviləmiz var, nə də pulumuzu ala bilirik" - GİLEY
- 6-03-2020, 11:10
- 818
İddia edirlər ki, aylarla işçi olmalarına baxmayaraq şirkət onlarla nə müqavilə bağlayıb, nə də məvaciblərini ödəyib.
Şikayətçilərdən bir neçəsi vəziyyəti belə şərh edir:
“Sentyabrdan bəri işləyirik öz əmək haqqımızı ala bilmirik. Bizim 1500, 3000, 5000 manat pulumuz qalıb”.
Məsələ ilə bağlı “Akkord İnşaat” şirkəti ilə əlaqə saxlamağ çalışsaq da zənglərimizə cavab verən olmadı.