SOCAR Media “Xəzər TV”ni aldı - Rəsmən TƏSDİQLƏNDİ
- 5-03-2020, 22:42
- 1 161
SOCAR Media" İctimai Birliyinin sədri Xalik Məmmədov bu gün xalq artisti Murad Dadaşovu Xəzər TV-nin yeni direktoru Murad Dadaşovu kollektivə təqdim edib.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Unikal.org-a xəbəri təsdiqləyib. İ.Əhmədov bildirib ki, SOCAR Media İctimai Birliyi SOCAR-ın təsisçiliyi ilə yaradılıb: "SOCAR Media" İctimai Birliyi də Azərbaycanda daha əvvəl media qurumlarına dəstək verdiyi kimi, indidə verir. Xəzər TV-də SOCAR Media" İctimai Birliyinin balansına daxil edilib. "Xazar TV MMC-nin təsis paylarinin "SOCAR MEDIA" tərəfindən alınması barədə bu gün sənəd imzalanıb".
Qeyd edək ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.
Foto qafqazinfo-ya məxsusdur.