“Təbriz Center” tikinti şirkəti 50 000 manat cərimələndi
- 2-03-2020, 16:36
- 1 622
Bu barədə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin məlumat verib.
O qeyd edib ki, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunub.
“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.