Martda 15 gün istirahət günümüz olacaq
- 29-02-2020, 15:18
- 862
Martın 8-də Beynəlxalq Qadınlar günüdür.
Həmin gün bazar günü olduğu üçün martın 9-u da qeyri-iş günü olacaq.
Martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz Bayramı qeyd ediləcək.
Martın 21-i və 22-si həftəsonuna təsadüf etdiyi üçün qeyri-iş günləridir və bayram günləri ilə eyni vaxt olduğuna görə martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.
Beləliklə, yeddi gün bayram tətili olacaq. Ümumilikdə isə mart ayı ərzində həftəsonları ilə birlikdə 15 gün istirahət günü olacaq.