Təhsil məsələləri üzrə ekspert 300 minlik dələduzluqda ittiham edilir
- 26-02-2020, 10:58
- 716
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Alınan məlumata görə, adıçəkilən şəxsə qarşı AR Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə qaldırılmış cinayət işində hazırda 10-dan çox epizod mövcuddur. Bunlar əsasən Kanadada məşğulluq, Türkiyə və Ukraynada təhsil ilə əlaqədardır.
Qeyd olunan epizodlar üzrə dəymiş zərərin miqdarı 300 min manat təşkil edir.
Oxu.az