İmamverdi İsmayılovun lider olduğu dairədə 11 məntəqənin nəticəsi ləğv OLUNDU
- 20-02-2020, 18:48
- 949
Həmin dairə üzrə namizədlər Nazim Azadoğlu və Faiq Kərimov şikayət verib.
MSK üzvü Tofiq Həsənov bildirib ki, müraciətlərdə qeyd olunanlar tam şəkildə öz əksini tapmayıb.
MSK-nın iclasında qərara alınıb ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə 1, 10, 13, 32, 36, 37, 38, 39, 40 və 55, 59 saylı məntəqələrinin nəticələri etibarsız sayılsın.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd İmamverdi İsmayılovdur.