Bu abituriyentlər tələbə adını qazana bilməyəcəklər

Sosial

Dövlət İmtahan Mərkəzindən (DİM) “Azərbaycan dili” imtahanından “qeyri-məqbul” qiymət alan abituriyentlərə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, aprelin 9-da qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alan və ya iştirak etməyən şəxslər elektron ərizələrində I-IV ixtisas qrupları üzrə yazda keçiriləcək imtahanda iştirak etmək üçün qeyd aparıblarsa, aprel-may aylarında keçiriləcək ilk qəbul imtahanında iştirak edə bilərlər.
Lakin iyunun 11-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək.