"31 saylı seçki dairəsi ciddi nəzarətdə saxlanılacaq" - Məzahir Pənahov
- 5-02-2020, 17:58
- 975
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sədri Məzahir Pənahov deyib.
"Səsvermə günü dairədə olan bütün prosesləri ciddi nəzarətdə saxlayacağıq", - MSK sədri əlavə edib.
Xatırladaq ki, bu gün MSK-nın iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb və MSK F.Quliyevə xəbərdarlıq edib.