XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Kristal-Abşeron şirkətinin, yolunu bağladığı Bakı sakinlərinin Prezidentə və I Vitse-Prezidentə müraciəti

Kristal-Abşeron şirkətinin, yolunu bağladığı Bakı sakinlərinin Prezidentə və I Vitse-Prezidentə müraciəti

Kristal-Abşeron şirkətinin, yolunu bağladığı Bakı sakinlərinin Prezidentə və I Vitse-Prezidentə müraciəti
4-02-2020, 09:54

Bir qrup vətəndaşın şikayətini təqdim edirik:
Hörmətli Prezident və I Vitse-Prezident. Biz, Bakı şəhəri, Akad. Həsən Əliyev 1 və Maqsud Əlizadə küçəsinin 77 nəfər sakini, beş ay əvvəl Sizlərə və Milli Məclis, Nazirlər kabineti, Bakı Şəhər İcra Hakimiyyətinə Kristal-Abşeron şirkəti ilə bağlı şikayət etdik. Belə ki, Kristal-Abşeron şirkəti bina tikilişi zamanı, bizim yolumuzu kəsib, öz ərazilərinə qatmış və küçəmizin enini 4.07 metrdən 1.5-1.6 metrə qədər daraltmışdır. Yağış yağdıqda məhəllə sakinləri bu dar küçədən keçə bilmirlər. Digər tərəfdən onlar, bizim məhəlləyə qanuni çəkdirdiyimiz işığı da artıq iki ildir ki kəsmişlər. Bu şirkət bina inşa edib, insanlara satır və bu binanın gələcək sakinlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün, binanın ərazisinə aid olmayan məhəllə yolunu, işığını kəsir, 60 il burada yaşayan sakinləri adam yerinə qoymur.

Hörmətli Prezident və I Vitse-Prezident. Biz Sizlərə və yuxarıda qeyd etdiyim qurumlara birinci şikayətin heç bir nəticəsi olmadı və şirkət öz qanunsuzluğunu davam etdirdi. Biz də bir ay keşməmiş ikinci dəfə yenə də Sizlərə, yəni Prezidentə, I Vitse-Prezidentə, Milli Məclisə, Nazirlər kabinetinə, Bakı Şəhər İcra Hakimiyyətinə Kristal-Abşeron şirkəti ilə bağlı şikayət etdik. Təəssüflər olsun ki, Azərbaycan Dövlətinin nə qanunverici, nə də icra orqanları, Kristal-Abşeronun bu özbaşınalığına qarşı bir tədbir görmədi.

Hörmətli Prezident. Siz hər dəfə ölkəmizdə baş verən qanunsuzluqdan, məmur özbaşınalığından danışanda, insanlar Sizə inanır və haqq-ədalətin qələbə çalacağını gözləyirlər. Siz də ölkənin hər bir vətəndaşının hüquqlarını qoruyacağına and içmisiniz. Bəs nəyə görə, hansısa bir millət vəkilinin şirkəti, çoxsaylı insanların hüququnu pozduğu halda, onlara qarşı bir tədbir görmürsünüz? Ölkənin qanunverici və icra orqanları nəyə görə Kristal-Abşeron şirkətinin qanunsuzluğuna göz yumur? Doğrudanmı, hansısa bir millət vəkilinin, şirkətin mənafeyi, ölkə qanunlarından, qanunverici və icra edici orqanlarından üstündür? Ölkədə 125 millət vəkili, minlərlə şirkət var və əgər onlar hamısı qanunları belə ayaq altına atsalar, bu ölkəni hara aparar?

Hörmətli Prezident və I Vitse-Prezident. Biz Sizdən, Kristal-Abşeron şirkətinin qanunsuzluğuna qarşı tədbir görmənizi xahiş edirik. Bizim 60 il istifadə etdiyimiz yolumuzun və kəsilmiş küçə işığımızın bərpasına köməklik edin.

Bakı şəhıri, Akad. Həsən Əliyev 1 və Maqsud Əlizadə küçələrinin 77 nəfər sakinin adından
Yaqubov Zahir Mehbulla oğlu

Teref.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.