Prezident İlham Əliyev Ramiz Məmmədovu “Şöhrət” ordeni ilə təltif edib

Sosial

Prezident İlham Əliyev Ramiz Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.