Bakının məşhur “50 Qəpik” restoranında iyrənc mənzərə

Sosial

Bakının məşhur restoranlarından birində həşəratlar “at oynadır”.
Oxu.Az-a istinadla xəbər veririk ki, söhbət “Xətai” metrostansiyasının yaxınlığında yerləşən “50 Qəpik” adlanan restorandan gedir.

Bu barədə sosial şəbəkələrdə video paylaşılıb.

Paylaşım edən şəxs iddia edir ki, nahar etmək üçün “50 Qəpik” restoranına gediblər. Sifariş verərkən isə yeməklərin yanında tarakanları görüblər. Bu səbəbdən restoranda nahar etməkdən imtina edərək oranı tərk ediblər.