Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə ölüb
- 30-01-2020, 14:27
- 905
Ötən gecə qeyd olunan xəstəxanada müalicə alan 1957-ci il təvəllüdlü Rahim Əliyev və kimliyi bilinməyən bir şəxs ölüb.
Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, 11-də isə adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da orada ölüb.