“Azəri Xalı Xalça Yuma”dan BİABIRÇILIQ - FOTOFAKT
- 29-01-2020, 17:31
- 3 718
Bu günlər ərzində elm xadimləri, siyasətçilər, mədəniyyət nümayəndələri, siravi insanlar bu günahsız körpənin ölümünə biganə yanaşmadılar. Xalq Nərmin üçün susma kampanıyasına qoşuldu. Meyit tapılandan sonra hamı qatilə ən ağır cəza verilməsi fonundan çıxış edirdi. Azyaşlı Nərminin vəhşicəsinə öldürülməsi cəmiyyətdə böyük sarsıntı yaşatdı.
Bu ölümdən pul qazanmaq istəyənlər də az olmadı. Sosial şəbəkə hesablarında Nərminin şəkillərini paylaşaraq üzərinə reklam və əlaqə nömrələri yerləşdirənlərin sayı kifayət qədər çoxdur. Müğənni Damla Nərminin qəbrini ziyarət etdiyini öz sosial hesabında yazdı və özünə qarşı nifrət oyatdı. İzləyicilər bunu “özünü reklam” kimi dəyərləndirərək etiraz etdilər. Bu ölüm hadisəsindən öz gəlir mənbəyi kimi istifadə edən şirkətlər də oldu. Bunlardan biri “Azəri Xalı Xalça Yuma”-dır. Şirkət müştəri cəlb etmək üçün Nərminin ölümündən istifadə edirdı. Cəmiyyətdə Nərminlə bağlı cinayət işi daha çox kütlə tərəfindən izlənildiyi üçün bu ucuz yola əl atıblar. Həmin şirkətin Facebook səhifəsinə nəzər saldıqda məlum oldu ki, səhifədə bu cür üsuldan çox istifadə olunub. Hətta milli qəhramanlarımız, şəhidlərimiz və qazilərimizin şəkillərindən də müştəri cəlb etmək üçün istifadə edilib.
Anews.az