Nizami və Xətai rayonlarında mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək
- 27-01-2020, 10:18
- 871
Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.
Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.