Bu universitet rektorlarının vəzifələrini itirəcəkləri gözlənilir - İDDİA
- 24-01-2020, 10:24
- 892
Faktinfo.az-a verilən məlumata görə,Hesablama Palatasının bir neçə universitetdə apardığı və aparılması nəzərdə tutulan yoxlamalardan sonra daha sərt tədbirlər görülə bilər.Məsələn, bir müddət əvvəl rəqiblərinin fitnə-fəsadı nəticəsində vəzifədən kənarlaşdırılmasının baş tutduğu iddia edilən Abel Məhərrəmovdan sonra BDU-ya rektor gətiriləcək şəxslər arasında ADPU-nun rektoru Cəfər Cəfərovun da adı hallanırdı.İndi onun rəhbərlik etdiyi universiteti Hesablama Palatası yoxlamağa daha yaxındı.Əgər yoxlama heyyətinə sabiq BDU rektorunun Hesablama Palatasında vəzifədə olan qardaşı rəhbər təyin olunarsa, ADPİ rektorunun vəziyyətini indidən təsəvvür etmək elə də çətin olmaz.
Eləcə də bir müddət əvvəl yoxlamanın nəticələrinə görə,universitetin simeta layihə sənədlərinə əsasən təmir və istismar xərcləri zamanı maliyyə-təsərrüfat fəaliyyətində mənimsəmələrə yol vermiş Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovla bağlı bu dəfə daha sərt tədbirlər görülə bilər.