Mirqafar Seyidov: "Bakıda törədilən cinayətlərin sayı azalıb"
- 17-01-2020, 19:08
- 1 043
Bunu Bakı Şəhər Baş Polis İdarəsində 2019-cu ilin yekunlarına həsr olunan geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.
O qeyd edib ki, 2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.