Sumqayıtda park zəbt olunub - Əhali narahatdır

Sosial

Sumqayıt şəhər sakinləri sosial şəbəkədə həyacan təbili çalıblar. Onlar iddia edirlər ki, şəhərin park və xiyabanlar tikililər üçün hasarlanır, bu da yerli əhalinin narahat və narazılığına səbəb olub.
Belə ki, Sumqayıt şəhərində H.Əliyev prospektində - 1,2,5-ci mikrorayan ərazisi, "Pioner" marketin yanında şəhər sakinləri üçun ayrılmış istirahət parkları tikililərlə zəbt olunur. Bir tikili də 2 gün əvvəl başlayıb. Ərazi hasarlanıb, güman ki, agaclar da kəsiləcək.